Çərşənbə axşamı , 7 May 2024

Hərbi

Azərbaycan və İordaniya arasında müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalanıb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general-mayor Yusif Əhməd Al-Hnaiti ilə görüşüb. Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovulun önündən keçdikdən sonra, protokola uyğun olaraq general-polkovnik Z.Həsənov ziyarətçilər kitabını imzalayıb. Geniş tərkibdə keçirilən görüşdə hərbi, hərbi …

Read More »

Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini atəşə tutub

Aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüb.

Read More »

Azərbaycan Ordusunun Daşkəsən istiqamətindəki mövqeləri atəşə tutulub

Aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Read More »

Qubadlıda hərbi qulluqçumuzun yaralanması faktı ilə bağlı cinayət işi açılıb

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Məmmədov Rövşən Üzeyir oğlunun Ermənistan tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. Bunu “Report”a açıqlamasında hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. O bildirib ki, daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun işçiləri və …

Read More »

DSX: Ermənistanın döyüş postundan Azərbaycan sərhədçisinə atəş açılıb, yaralanan var

Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan …

Read More »

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Read More »

MN: Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 9-u saat 10:40 radələrində İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – məlumatda vurğulanıb.

Read More »

Laçında Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 8-i saat 23:35-dən 23:45-dək Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. “Qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, – …

Read More »

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 7-si saat 17:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

Antiterror əməliyyatında yaralanıb şəhid olan zabitimiz sabah Salyanda dəfn ediləcək

Ötən ilin 19-20 sentyabrında Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan və bu gün müalicə olunduğu tibb müəssisəsində vəfat edən Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu sabah Salyanda dəfn ediləcək. “Report”un Aran bürosunun məlumatına görə, şəhid Salyanın Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Qeyd edək ki, Ü.Bağırov Salyan şəhərində anadan olub. O, bu gün müalicə olunduğu tibb …

Read More »