Çərşənbə axşamı , 7 May 2024

Hərbi

MN: “Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub”

İyunun 15-i saat 08:35-dən saat 10:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, saat 08:45 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin …

Read More »

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə komanda-qərargah təliminin planlama konfransı keçirilib

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak edəcəyi “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təliminin planlama konfransı keçirilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən konfransda təlim zamanı strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə icra olunacaq tapşırıqlar müzakirə edilib. Qeyd edək ki, beynəlxalq təlimin keçirilməsində əsas …

Read More »

Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Belə ki, iyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub. “Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat …

Read More »

Azərbaycandan Rusiyaya qanunsuz keçmək istəyən əcnəbilər saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 17 kiloqram 70 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb, “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində isə dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər sərhəd naryadının sayıqlığı nəticəsində …

Read More »

MN: “Azad edilmiş ərazilərdə hərbçilərimiz ehtimal olunan istənilən təxribatların qarşısını almağa hər an hazırdırlar”

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir. Boyukmillet.com xəbər verir ki, çətin relyefli və yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutkaboyu döyüş növbətçiliyi təşkil olunur, fasiləsiz xidmət aparılır. “Şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırolma …

Read More »

Azərbaycan MN: “Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır”

İyunun 12-si saat 14:15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan atəşə tutulması barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib. “Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – açıqlamada …

Read More »

Xankəndi-Gorus istiqamətində mülki vətəndaşların dövlət sərhədindən buraxılış məntəqəsində rəsmiləşdirilməsinin GÖRÜNTÜLƏRİ

Xankəndi-Gorus istiqamətində erməniəsilli mülki vətəndaşların dövlət sərhədindən buraxılış məntəqəsində rəsmiləşdirilməsi prosesi davam edir. Boyukmillet.com iyunun 10-da buraxılış məntəqəsində çəkilmiş videogörüntünü təqdim edir. Videoda sərhəd məntəqəsində vətəndaşların keçidinə hər hansı maneə yaradılmadığı görünür. Qeyd edək ki, bu il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. https://t.me/reportnewsaz/75007

Read More »

Müdafiə naziri komanda-qərargah təliminin yekun iclasını keçirib, tapşırıqlar verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə təşkil edilən komanda-qərargah təliminin yekun iclası keçirilib. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin gedişatını müsbət qiymətləndirən nazir, Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb. Müdafiə naziri Ali Baş Komandan tərəfindən qarşıya qoyulan …

Read More »

Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb. Nazirlikdən  daxil olan başsağlığında deyilir: “Ankaranın Almadağ bölgəsindəki zavodda baş vermiş partlayış nəticəsində beş nəfərin həlak olması və insanların yaralanması xəbəri məni hədsiz kədərləndirir. Həlak olmuşlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbir arzulayıram. Ruhları şad, xatirələri əziz olsun. …

Read More »