Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Sədi Musayevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Anım mərasimində çıxış edənlər …
Read More »Azərbaycan Ordusunun hərbçisi minaya düşüb
Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi – 2004-cü il təvəllüdlü Niftəliyev Novruz Eldəniz oğlu minaya düşüb. Boyukmillet.com xəbər verir ki, o, Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. N.Niftəliyevin vəziyyətinin ağır olduğu bildirilir. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsindən hərbi xidmətə çağırılıb.
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com nazirliyə isitnadən icmalı təqdim edir:
Read More »Milli Qəhrəman Şükür Həmidovun anım mərasimi keçirilib
Aprelin 1-də İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi polkovnik Şükür Həmidovun doğum günü münasibətilə anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, şəhid zabitin məzarı ziyarət edilib, önünə əklil və gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub. Mərasimdə Müdafiə Nazirliyinin bir qrup zabiti, Qubadlı rayon İcra Hakimiyyətinin və Qubadlı rayon Mədəniyyət Evinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə …
Read More »Zakir Həsənov ehtimal olunan təxribatların qarşısının alınması barədə göstərişlər verib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Ermənistan şərti dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraitini təhlil edən müdafiə naziri ehtimal olunan təxribatların qarşısının bundan sonra da qətiyyətlə alınması barədə müvafiq göstərişlər verib. Boyukmillet.com-un məlumatına görə, nazir qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin bütün qanunsuz fəaliyyətləri bundan sonra da fasiləsiz nəzarətdə saxlanılmalı və Azərbaycan ərazilərində …
Read More »Nazir: “Terrorçuluğu və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin ittihamları qəbuledilməzdir”
“Terrorçuluğu və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbçilərinin şər-böhtan xarakterli ittihamları qəbuledilməz və cəfəngiyyatdır”. Boyukmillet.com xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə deyib. Nazir Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını həzm edə bilməyənlər tərəfindən səsləndirilən fikirləri şərh edərək heç kəsin bizimlə təhdid dilində danışa bilməyəcəyini vurğulayaraq terrorçuluğu və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbçilərinin şər-böhtan xarakterli ittihamlarının qəbuledilməz …
Read More »Aprel qaziləri: “Aprel qalibiyyəti Ermənistan ordusunun darmadağınının əsasını qoydu”
“Aprel döyüşləri 44 günlük müharibənin, Ermənistan ordusunun darmadağınının əsasını qoydu. Həmin döyüşlər Ermənistan ordusu barədə yayılan və havadarları tərəfindən təbliğ edilən mifi də dağıtdı”. Bu fikirləri “Report”a müsahibəsində Azərbaycan Ordusunun mayoru Aqşin Qasımov deyib. Onun sözlərinə görə, erməni silahlılarının 2016-cı ilin aprelin 2-də törətdikləri təxribatlar daha genişmiqyaslı oldu: “Bir hərbçi olaraq həmin günü çoxdan gözləyirdim. Çünki hər dəfə xidmətimiz dövründə işğal …
Read More »Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib, Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib
Aprelin 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib, Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın …
Read More »Azərbaycan Hərbi Hava Qüvvələri təlimlərə başlayıb
Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edir. Uçuşlardan öncə hərbi pilotlar ən müasir trenajorlarda uçuş vərdişlərini məşq etdirir, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırılır, daha sonra praktiki uçuşlar həyata keçirilir. Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir. Qalxma və enmə, müxtəlif hündürlüklərdə …
Read More »Hərbi attaşelər Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqlar əvvəlcə Hərbi İnstitutun ərazisindəki muzeydə ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən foto stendlə tanış olublar. Daha sonra qonaqlar təhsil müəssisəsinin ərazisi, tədris korpusları və maddi-texniki bazasını ziyarət edib burada hərbiyyəlilər üçün yaradılan şərait ilə tanış olub, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
