Bazar , 25 Oktyabr 2026

Hərbi

Zəngilanda hərbi sursatlar aşkarlandı

Zəngilanda hərbi sursatlar aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, polis əməkdaşları rayonun Beşdəli kəndi ərazisində xidmətdə olan zaman 1 ədəd əl qumbarası, 18 ədəd müxtəlif növ mərmi, 122 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar ediblər. Sadalanan sursatların təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün adiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Read More »

63 hərbçini Nəcməddin Sadıkovun dərkənarı ilə döyüb işgəncə veriblər – “Tərtər işi”

Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” üzrə həbs olunan 5 nəfərin – general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. 2021-ci ilin dekabrında Baş Prokurorluğun İstintaq İdarəsində “Tərtər hadisələri” ilə bağlı yenidən araşdırmalar başlanan zaman 2017-ci ilin mayında Beyləqanda da baş verən cinayətlər araşdırılıb. Bu iş üzrə 62 zərərçəkmiş, 21 …

Read More »

Azərbaycan bu silah və texnikalarını nümayiş etdirəcək

2024-cü ildə Azərbaycan regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan Azərbaycan Beynəlxalq Müdafiə sərgisinə (“ADEX”) ev sahibliyi edəcək. Boyukmillet.com xəbər verir ki, 24-26 sentyabr tarixlərində təşkil ediləcək sərgi 5-ci yubileyini qeyd edəcək. “ADEX” sərgisi ilə paralel olaraq, 14-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçiriləcək. Sərgilər Bakı Ekspo Mərkəzində təşkil ediləcək. Qeyd edək ki, …

Read More »

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

İyulun 16-sı saat 02:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Boyukmillet.com xəbər verir ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Read More »

Qeyri-qanuni erməni silahlıları Azərbaycanın hava məkanında sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq edib

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikasının ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunur. Boyukmillet.com xəbər verir ki, iyulun 13-də saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus Gulfstream …

Read More »

Erməni dəstələrinin sərnişin təyyarələrinə qarşı hərəkətlərilə bağlı sülhməramlılara müraciətlər edilib, lakin heç bir tədbir görülməyib

“Qeyri-qanuni erməni silahlı dəstələrinin hava uçuşlarının təhlükəsizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına tərəfimizdən dəfələrlə edilən müraciətlərə baxmayaraq heç bir tədbir görülməyib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib. “İyulun 13-də saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus Gulfstream G280 sərnişin …

Read More »

Ordumuzda Tovuz döyüşləri ilə bağlı tədbirlər keçirildi

Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Tovuz döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirlər çərçivəsində Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətlərinin rəsmiləri, şəhid ailələri, qazilər, hərbi qulluqçular, müharibə iştirakçıları, ictimaiyyət və media nümayəndələri Şəhidlər xiyabanlarına gedərək Tovuz döyüşləri, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda …

Read More »

Azərbaycan Ordusunun hərbi hissəsində təlim toplanış keçirilib

2023-cü il üçün hazırlıq planına uyğun olaraq, N hərbi hissəsində tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanış keçirilib. Boyukmillet.com xəbər verir ki, toplanışda zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri təkmilləşdirilib, həmçinin fiziki hazırlığı qiymətləndirilib. Cari ilin növbəti tədris dövrü ərzində icra olunacaq tədbirlərlə bağlı müzakirələr aparılıb, o cümlədən toplanış iştirakçılarına metodiki tövsiyələr çatdırılıb. “Təlim-metodiki toplanışın keçirilməsində …

Read More »

Azərbaycan Qarabağda anti-terror əməliyyatı keçirmək məcburiyyətində qala bilər

Azərbaycan erməni icması ilə dialoqa hazırdır. Təbii ki, söhbət ölkə konstitusiyası və qanunları çərçivəsində aparılacaq konstruktiv dialoqdan gedir.Rəsmi Bakı bu günə qədər bir neçə dəfə erməni icmasına dialoq təklifi edib. Hətta Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində mart ayında ilk görüş də keçirib. Azərbaycan bununla bir daha göstərdi …

Read More »

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilib

Əlahiddə Ümumqoşun Ordunun 2023-cü ilin döyüş hazırlığı planına əsasən komanda-qərargah təlimi keçirilib. Boyukmillet.com xəbər verir ki, müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə, hissə və bölmələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq daimi dislokasiya məntəqələrindən cəmləşmə və döyüş təyinatı rayonlarına çıxarılıb. Komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbuletmə üzrə bacarıqlarının və bölmələrin daim döyüşə hazırolma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən …

Read More »