Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Hərbi xidmətə getməyənlər üçün yeni yol: peşə siyahısı genişləndirildi

Rusiyada Əmək Nazirliyinin əmri ilə alternativ mülki xidmət (AMS) üçün nəzərdə tutulan peşələrin siyahısı genişləndirilib.

Boyukkmillet.com xəbər verir ki, yenilənmiş siyahıya 92 yeni ixtisas əlavə olunub və ümumi peşələrin sayı 363-ə çatdırılıb. Siyahıya kostyumçu, piano və royalların sazlayıcısı, zooloq, sinoptik, elektrik, tornaçı, dalğıc, qaz qaynaqçısı, meşə yanğınsöndürəni və müxtəlif tibbi ixtisaslar daxil edilib.

Eyni zamanda, alternativ xidmət keçmək mümkün olan təşkilatların sayı da artırılıb – 1798-dən 1927-yə yüksəlib.

Qeyd edək ki, alternativ mülki xidmət hərbi xidmətin şəxsin dini inanclarına və ya əqidəsinə zidd olduğu hallarda, həmçinin azsaylı yerli xalqlara mənsub şəxslər üçün nəzərdə tutulur.

Check Also

Hərbçilərlə bağlı YENİ QAYDA – RƏSMİ

Təlim və toplanışlara çağırılan hərbi vəzifəlilərin iş yerini itirib-itirməməsi ilə bağlı məsələyə aydınlıq gətirilib. Boyukmillet.com …