Şənbə , 20 İyun 2026
Drone Cameras

Talassemiyanın gen daşıyıcıları hərbi xidmətə yararlıdır – RƏSMİ

Talassemiya xəstəliyinin gen daşıyıcısı olan çağırışçıların hərbi xidmətə yararlılığı məsələsinə aydınlıq gətirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Musavat.com-a verilən məlumatda bildirilib ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən, talassemiya xəstəliyinin gen daşıyıcısı olan şəxslər hərbi xidmətə yararlı hesab edilirlər.

Belə ki, Əsasnamənin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun olaraq, “talassemiya xəstəliyinin gen daşıyıcısı” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlı sayılırlar.

Qeyd edək ki, hərbi xidmətə yararlılıq dərəcələri çağırışçıların sağlamlıq vəziyyətinə uyğun olaraq hərbi-həkim komissiyaları tərəfindən müəyyən edilir. Talassemiya gen daşıyıcılığı isə mövcud qaydalara əsasən şəxsin hərbi xidmət keçməsinə maneə yaradan hal hesab olunmur.

Check Also

Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə dərəyə düşüb, biri həlak olub

Kəlbəcər rayonu Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Mənsimli Rəcəb …