Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Naxçıvanda 1 600-ə yaxın yeni vergi ödəyicisi qeydiyyata alınıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 1 559 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Boyukmillet.com xəbər verir ki, bunların 1 467-si fiziki, 92-si hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 8,2 % artıb.

Bu ilin birinci rübündə kommersiya qurumlarının 60 %-i elektron qaydada, 40 %-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Check Also

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.02.2026)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 …