Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəri bu gün Vaşınqtonda keçirilən Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun (IMF) yaz toplantıları çərçivəsində Seçki Qrupunun görüşündə iştirak edib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Seçki Qrupunun üzvləri ilə təmsil etdiyimiz ölkələrdə iqtisadi mühitdə baş verən dəyişiklər və həyata keçirilən makroiqtisadi siyasətlər barədə danışdıq. Həmçinin maliyyə sabitliyinin təmin olunması və dayanıqlı iqtisadiyyatın dəstəklənməsi istiqamətində maliyyə sektorunun inkişafına dair fikir mübadiləsi apardıq. Görüşdə Azərbaycanda keçiriləcək COP29 beynəlxalq tədbirinin dünya iqtisadiyyatının uzunmüddətli inkişafı baxımından əhəmiyyətini xüsusi vurğuladıq”, – T. Kazımov qeyd edib.