Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən mayın 6-da qaz tədarükü üçün 345 milyon 038 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 5,9 % azdır.Kipoi çıxış nöqtəsindən mayın 7-dən 12-dək qaz tədarükü üçün 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da ötən həftənin aprelin 30-na olan sifariş həcmi ilə müqayisədə 9,72 %, mayın 1-nə olan sifariş həcmi ilə müqayisədə 9,54 %, mayın 2-dan 4-nədək olan sifariş həcmi ilə müqayisədə isə 9,72 % azdır.
Həmçinin, bu həcmlər ötən həftənin bazar günün sifariş göstəriciləri ilə müqayisədə 8,2 % azdır.Yunanıstanın Komotini çıxış nöqtəsindən mayın 6-dən 12-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də mayın 6-dən 12-dək hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün mayın 6-da qaz tədarükü üçün 282 milyon 821 min 315 kVt/saat həcmində sifariş alınıb.
Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 7 % azdır.Mayın 7-dən 12-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu, ötən həftənin çərşənbə axşamının göstəricisi ilə müqayisədə 10,8 % azdır. Eyni zamanda bu göstərici mayın 1-ə olan göstəricisi ilə müqayisədə 10,4 %, mayın 2-dən 4-nədək olan göstərici ilə müqayisədə 10,7 % azdır. Həmçinin, bu həcmlər ötən həftənin bazar günün sifariş göstəriciləri ilə müqayisədə 8,8 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.