Cümə , 20 Sentyabr 2024
Drone Cameras

Azərbaycan hərbçiləri Minskdə hərbi paradda iştirak edəcəklər

Azərbaycan ordusu Belarusun Müstəqillik Günü ilə əlaqədar iyulun 3-də Minskdə keçiriləcək hərbi paradda iştirak edəcək.

Parada habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrdən – Rusiya və Qazaxıstanın hərbçiləri də qatılacaq. (KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir)

Bu barədə Minsk Hərbi Komandanlığının komandanı, polkovnik Dmitri Jukovski məlumat verib.

Bundan əvvəl Belarus Müdafiə Nazirliyi hərbi parada 6 mindən çox hərbçinin və 250 texnikanın çıxarılacağını bildirmişdi.

Lukaşenko Putinə: “Çox maraqlı təkliflərim var”
Ötən həftə Minsk hava limanında Rusiya prezidenti Vladimir Putini qarşılayan Belarus lideri Lukaşenko Bakıdan “maraqlı” təkliflər ilə qayıtdığını bildirib: “Regionumuz və Qafqazla bağlı çox maraqlı təkliflərim var. Yaxınlarda Azərbaycana səfərim zamanı biz bu təklifləri çox ciddi müzakirə etdik”.

Rəsmi Belarus mediasının yaydığı qısa videoda Lukaşenko təfərrüatları açıqlamayıb.

Lukaşenkonun bu ay gerçəkləşən Bakı və Şuşa səfərindən sonra doğan təklifini Putinin necə qarşıladığı bilinmir.

Check Also

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir

Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 10-da Batumi şəhərində Türkiyənin milli …