Şənbə , 23 Noyabr 2024
Drone Cameras

UNICEF nümayəndəsi: Zərərçəkən uşaqlar mühafizə orderləri ilə təmin edilməlidir

Zərərçəkən uşaqlar keyfiyyətli ədliyyə, sosial reabilitasiya xidməti və mühafizə orderləri ilə təmin edilməlidir.

Boyukmillet.com xəbər verir ki, bunu UNICEF-in Azərbaycan Nümayəndəliyinin Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov iyunun 11-də Bakıda keçirilən BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edilən yekun müşahidələrin müzakirəsində deyib.

Onun sözlərinə görə, hazırda uşaqların xüsusi müəssisələrə düşməsinin qarşısının alınması ən önəmli məsələlərdən biridir: “Uşaqlara verilən mənəvi cəzanı bəzən fiziki zorakılıqla qarışıq salırlar, amma bunlar fərqli anlayışlardır”.

V.Slamanov bildirib ki, Azərbaycanda probasiya sisteminin gücləndirilməsi tövsiyə olunur: “Eyni zamanda 14 yaşdan aşağı olan uşaqların sosial xidmətlərə cəlb edilməsi və preventiv tədbirlərin intensivləşdirilməsi də tövsiyələr sırasındadır”.

Check Also

Əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 …