Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Yeni Kaledoniyada hava limanının fəaliyyəti bərpa edilib, komendant saatı qısaldılıb

Yeni Kaledoniyanın hakimiyyət orqanları komendant saatını qısaldıb.

Boyukmillet.com xəbər verir ki, paytaxt Numeyanı Avstraliya, Yaponiya, Sinqapur və digər ölkələrlə birləşdirən La Tontouta Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib.

Ötən həftə Fransa prezidenti Emmanuel Makron may ayında iğtişaşlara səbəb olan seçki islahatlarının dayandırıldığını elan edib.

Xatırladaq ki, Fransanın dənizaşırı ərazisi olan yeni Kaledoniyada iğtişaşlar mayın ortalarında başlayıb. Bunun səbəbi Parisin yeni seçicilərə – 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı ilə bağlıdır. Yerli əhali bu qərarın əleyhinə çıxıb.

Check Also

Bayden Ukraynaya 5,5 milyard dolların ayrılmasını təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden prezident səlahiyyətləri çərçivəsində Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərdən qalan 5,5 milyard dolların …