Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Aİ liderlərinin bəyanatı: Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi de-fakto dayanıb

Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi de-fakto dayanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ liderlərinin Brüsseldə keçirilən sammitinin yekunlarına dair bəyanatda deyilib.

Avropa Şurası Gürcüstanda baş verən son hadisələrlə bağlı “ciddi narahatlıq” ifadə edib. Eyni zamanda, qəbul edilmiş “Xarici agentlər haqqında” qanun Avropa Komissiyasının Aİ üzvlüyünə namizəd statusunun əldə edilməsi ilə bağlı tövsiyələrində göstərilən addımlardan yayınma adlandırılıb.

“Avropa Şurası Gürcüstan hakimiyyətini hazırkı fəaliyyət kursunu dəyişdirərək öz niyyətlərini aydınlaşdırmağa çağırır ki, bu da Gürcüstanın Aİ-yə yolunu təhlükə altına alır və faktiki olaraq üzvlük prosesinin dayanmasına gətirib çıxarır”, -bəyanatda deyilib.

Həmçinin, qeyd edilib ki, Gürcüstanda vətəndaş cəmiyyəti nümayəndələrinə, siyasi liderlərə, ictimai fəallara və jurnalistlərə qarşı təhdid və hücum hallarının sayı artır.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …