Bazar ertəsi , 5 May 2025
Drone Cameras

Ərdoğan: Türkiyə gələcəkdə ŞƏT-in daimi üzvü olmağa ümid edir

Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daimi üzv olmağa ümid edir və buna heç bir maneə görmür.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, bizi təşkilata dialoq tərəfdaşı kimi deyil, təşkilatın digər üzvləri kimi qəbul etməlidirlər. İran nəhayət ŞƏT-ə qoşulub, Pakistan da onun üzvüdür. Hazırda ŞƏT-in 9 daimi üzvü var. Türkiyənin bu ölkələr sırasında olacağına şübhə yoxdur. Doğrudur, bu, bir qədər vaxt apara bilər”, – o vurğulayıb.

Check Also

İran 1 200 km uçuş məsafəsinə malik ballistik raketi uğurla sınaqdan keçirib

İran 1 200 km uçuş məsafəsinə malik yeni “Ghassem Basir” ballistik raketini uğurla sınaqdan keçirib. …