Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan və Qazaxıstan enerji sektorunda strateji tərəfdaşlıq sazişi imzalamaq istəyir

Azərbaycan və Qazaxıstan enerji sektorunda strateji tərəfdaşlığa dair hökumətlərarası saziş imzalamağı planlaşdırır.

Boyukmillet.com xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin I iclasında çıxışı zamanı bildirib.

Qazaxıstanla energetika sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən danışan nazir müavini ötən ilin mart ayından etibarən Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlinin bərpa olunduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu əməkdaşlığın müsbət dinamikası gələcəkdə neft nəqlinin həcmini artırmağa imkan verir.

“Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə “Azərbaycan və Qazaxıstan hökumətləri arasında enerji sahəsində strateji tərəfdaşlığa dair saziş” layihəsi hazırlanıb. Əminəm ki, sənədin imzalanması əlaqələrimizi strateji səviyyəyə qaldırmağa kömək edəcək”, – O.Zeynalov vurğulayıb.

Check Also

Naxçıvanda Energetiklər Günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində “20 oktyabr – Energetiklər Günü” münasibətilə tədbir keçirilib. Boyukmillet.com …