Çərşənbə , 27 Noyabr 2024
Drone Cameras

KİV: ABŞ-nin Suriyadakı bazası hücuma məruz qalıb

Suriyanın Deyr-əz-Zor əyalətində Koniko qaz yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına hücum edilib, lakin mərmilər obyektin özünə dəyməyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyinə iki amerikalı məmur bildirib.

İlkin məlumatlara görə, hücum nəticəsində itki yoxdur.

Xatırladaq ki, daha əvvəl “Reuters”in təhlükəsizlik mənbəsi Deyr-əz-Zor əyalətindəki ABŞ hərbi bazası yaxınlığında altı mərmi atıldığını və onların hamısının obyektin bilavasitə yaxınlığına düşdüyünü bildirmişdi. ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın hücuma artilleriya atəşi ilə cavab verdiyi qeyd edilir.

Check Also

İsrail Livanda hərbi əməliyyatlara son qoyan planı təsdiqləyib

İsrail ABŞ-ın Livanda hərbi əməliyyatlara son qoymaq üçün təklif etdiyi planı rəsmən təsdiqləyib. Boyukmillet.com xəbər verir …