Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

AEBA-nın ekspertləri ZAES-dəki yanğının səbəbini açıqlamayıb

Zaporojye AES-in soyuducu qülləsində təkrar yoxlamadan sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) yanğının səbəbini açıqlamayıb.

Boyukmillet.com xəbər verir ki, bəyanatın mətni qurumun saytında dərc olunub.

“Toplanan sübutlar ilkin yanğının soyuducu qüllənin dibindən başlaması ehtimalının az olduğunu göstərən qiymətləndirməmizi dəstəkləyir”, – hesabatda deyilir.

Qeyd olunur ki, mütəxəssislərə soyuducu qüllənin içindən çəkilmiş foto və videolar nümayiş etdirilib. Üzərlərində “yad əşyalar və ya materiallar” görməyiblər.

Xatırladaq ki, avqustun 11-də Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan Zaporojye AES-in üzərində qatı tüstü müşahidə olunub. Ukrayna və Rusiya tərəfləri bir-birini təxribatda ittiham edib.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …