Çərşənbə axşamı , 8 Aprel 2025
Drone Cameras

Binə ticarət mərkəzində yanğın olub

Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Binə ticarət mərkəzinin ərazisində yanğın olub.

Boyukmillet.com xəbər verir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ticarət mərkəzinin ərazisində yerləşən ümumi sahəsi 400 kv.m. olan birmərtəbəli tikilinin içərisində quraşdırılmış transformatorda baş verdiyi müəyyən edilib.

“Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində tikilinin içərisində quraşdırılmış gücü 1.6 kVt olan transformatorun yağı və 4 ədəd qoruyucu açarı yanıb, transformator və tikili yanğından mühafizə olunub. Xəsarət alan yoxdur”, – məlumatda qeyd olunub.

Check Also

İrandan Ermənistana 12 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Ermənistan Dövlət Gəlirlər Komitəsinin əməkdaşları İrandan ölkəyə daxil olan yük maşınında böyük miqdarda narkotik aşkar …