İsrail İranın oktyabrın 1-də həyata keçirdiyi raket hücumuna tezliklə cavab verəcək.
Boyukmillet.com xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağında saxlanılan girovların yaxınları ilə görüşündə deyib.
Məlumata görə, nazir İsrailin İranın hücumuna tezliklə cavab verəcəyini bildirib.
“Bu, dəqiq və ölümcül cavab olacaq”, – Y.Qalant əlavə edib.
“Kan” dövlət televiziya və radio şirkətinin yaydığı məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu Y.Qalant və digər əsas nazirlərlə İrana hücumun parametrləri və vaxtını razılaşdırıb.