Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Səfir Azərbaycan-Almaniya parlament dostluq qrupunun sədri ilə görüşüb

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun sədri Nurlan Həsənovla görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Səfir Nurlan Həsənovu yenidən sədr seçilməsi münasibətilə təbrik edib.

“Biz Almaniya ilə dostluğunuzu və əlaqələrin dərinləşdirilməsinə sədaqətinizi yüksək qiymətləndiririk. Növbəti illərdə sizinlə işləməyi səbirsizliklə gözləyirik”, – paylaşımda qeyd edilib.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …