Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

ABŞ Müdafiə Nazirliyi 5 ölkə ilə 1,2 milyard dollarlıq müqavilə imzalayıb

ABŞ Müdafiə Nazirliyi Avstraliya, Braziliya, Yunanıstan, İsveç və Taylanda gələcək tədarük üçün “UH-60M Black Hawk” helikopterlərinin istehsalı üçün 1,2 milyard dollardan çox dəyərində müqavilə imzalayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Müqavilə “Lockheed Martin”in törəmə şirkəti və bu helikopter modelinin istehsalçısı “Sikorsky Aircraft” ilə bağlanıb. Helikopterlərin qarşıdakı üç il ərzində sifarişçilərə çatdırılacağı təxmin edilir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …