Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Yunanıstan Türkiyə ilə sərhədinə əlavə qüvvələr göndərir

Yunanıstan-Türkiyə quru sərhədində yerləşən Evros bölgəsində tikilən təhlükəsizlik çəpəri qeyri-qanuni miqrantların ölkəyə girişinin qarşısının alınmasında 100% effektivdir və bu bölgədə sərhədə əlavə 150 ​​sərhədçi göndərilərək onların sayı 600-ə çatdırılacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Evros bölgəsinə səfəri zamanı bildirib.

“Bu, milli və Avropa sərhədlərinin qorunması baxımından 100% effektivdir. Odur ki, son iki il ərzində artıq işə götürülən 450 sərhədçiyə ikinci müdafiə xəttini dəstəkləmək üçün daha 150 sərhədçi əlavə olunacaq”, – deyə nazir bildirib.

Qeyd edək ki, Yunanıstan hakimiyyəti sərhəd hasarını 2020-ci ildən tikməyə başlayıb. Hasarın Türkiyədən gələn on minlərlə qeyri-qanuni miqrantın ölkəyə daxil olmasının qarşısını aldığı üçün Evros çayının bütün uzunluğu boyunca (təxminən 200 km) maneə hasarının tikilməsi barədə qərar qəbul edilib.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …