Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Azərbaycan İndoneziyanın diplomatik və xidməti pasport sahiblərini vizadan azad edir

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunu təsdiq edib.

Boyukmillet.com xəbər verir ki, Qanuna əsasən, Azərbaycanla İndoneziya diplomatik və xidməti pasport sahiblərini vizadan azad edir.

Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Sazişi sentyabrın 27-də Nyu-York şəhərində imzalanıb.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …