Çərşənbə axşamı , 21 Yanvar 2025
Drone Cameras

Tramp ABŞ-nin yenidən Paris İqlim Sazişindən çıxması haqqında fərman imzalayıb

ABŞ Prezidenti Donald Tramp ölkənin Paris İqlim Sazişindən yenidən çıxması haqqında fərman imzalayıb.

Bu barədə Boyukmillet.com ABŞ mətbuatına istinadən xəbər verir.

Dövlət başçısı bunu Vaşinqtondakı “Capital One” İdman-Konsert Kompleksində tərəfdarlarının iştirakı ilə edib.

Respublikaçı qlobal istiləşmə konsepsiyasının elmi etibarlılığına dair şübhələrini dəfələrlə dilə gətirib. O, 2017-ci ildə ABŞ-ni Paris İqlim Sazişindən çıxarıb. 2020-ci ilin noyabrına qədər ölkə razılaşmadan çıxma prosesini başa çatdırıb, lakin 2021-ci ilin yanvarında ABŞ Prezidenti vəzifəsinin icrasına başlayan Cozef Bayden Vaşinqtonun Paris Sazişinə qayıtması haqqında fərman imzalayıb.

Paris İqlim Sazişi 2015-ci ilin dekabrında imzalanıb, sənədə 195 ölkə imza atıb. Şərtlərə əsasən, iştirakçı ölkələr qlobal iqtisadiyyatın sənaye öncəsi inkişaf mərhələsi ilə müqayisədə orta illik temperaturun artımını 1,5 və ya 2 dərəcə Selsi səviyyəsində saxlamaq üçün yaxın onilliklərdə karbon dioksid emissiyalarını könüllü azaltmağa söz veriblər.

Check Also

Tramp kampaniyası zamanı verdiyi vədləri sürətlə həll edəcəyini deyir

“Baydenin hər bir radikal və axmaq icra sərəncamı andiçməmdən bir neçə saat sonra ləğv ediləcək” …