Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

ABŞ lideri İrandan danışıb: Mən onları bombalamayacağam

“Mən İranla nüvə məsələlərində razılaşmaq istərdim, çünki bunu bombalamaqdan üstün tuturam”.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp “The New York Post”a müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, belə bir razılaşma əldə olunarsa, İsrail İrana hücum etməyəcək. Bununla belə, Tramp potensial danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib.

Prezident ümid edir ki, onlar hazırkı planlarından əl çəkəcəklər: “Onlara sövdələşməyə hazır olduğumu söyləyəcəyəm”.

Razılaşmanın müqabilində İrana konkret nə təklif edəcəyi sualına Tramp belə cavab verib: “Çox sərt olduğu üçün deyə bilmərəm. Amma mən onları bombalamayacağam”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı baş tutub.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …