Şənbə , 29 Mart 2025
Drone Cameras

Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi

Türkiyənin Bakıdakı səfirliyi Gədəbəy rayonunda Azərbaycan hərbi qulluqçularının qar uçqunu nəticəsində həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında paylaşım edilib.

“Martın 19-da Gədəbəydə qar uçqunu altında qalan iki Azərbaycan əsgərinin vəfat etdiyini bu gün təəssüflə öyrəndik.

Baş vermiş faciəli hadisə nəticəsində həlak olmuş qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycan xalqına başsağlığı veririk”, – başsağlığı mətnində qeyd olunub.

Xatırladaq ki, qar uçqununa düşmüş hərbçilərin nəşi tapılıb.

Check Also

Ermənistan XİN başçısı: Azərbaycanla sülh sazişini mümkün qədər tez imzalamaq lazımdır

Ermənistan sülh sazişinin imzalanma tarixinin və vaxtının razılaşdırılmasına mümkün qədər tez başlamağı təklif edir ki, …