Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

İranda İsrail kəşfiyyatına işləməkdə ittiham olunan 8 nəfər həbs edilib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail kəşfiyyat xidməti Mossada gizli obyektlərin koordinatlarını və yüksək rütbəli hərbçilər haqqında məlumatları ötürməyə cəhd göstərməkdə şübhəli bilinən 8 nəfəri həbs edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, saxlanılanlar İran-İsrail münaqişəsinin eskalasiyası dövründə İsrail xüsusi xidmət orqanlarına məlumat verməkdə ittiham olunurlar.

SEPAH-ın bəyanatında bildirilir ki, şübhəlilər Mossadda məsafədən xüsusi təlim keçiblər və planlarını həyata keçirməzdən əvvəl İranın şimal-şərqində saxlanılıblar.

Bundan əlavə, bildirilib ki, saxlanılanlardan bomba, partlayıcı maddələr və s. götürülüb.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …