Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Husilər Yəmənin baş nazirinin öldüyünü təsdiqləyib

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatından olan husilər, baş nazir Əhməd Qalib ər-Rahavinin İsrail ordusunun zərbəsi nəticəsində öldürüldüyünü təsdiqləyib.

Bu barədə Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir.

Hərəkat üsyançı baş nazirlə birlikdə onun bir neçə nazir yoldaşının da öldürüldüyünü qeyd edib, lakin onların adları açıqlanmayıb.

Avqustun 29-da İsrail Müdafiə Ordusu Yəməndə husilərin baş qərargah rəisi və müdafiə nazirinin yerləşdiyi hərbi obyektə zərbə endirdiyini təsdiqləyib.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …