Cümə , 5 Dekabr 2025
Drone Cameras

Yerdə güclü geomaqnit qasırğaları başlayıb

Yer kürəsində G2 və G3 sinifli maqnit fırtınaları başlayıb, bunun səbəbi günəş plazma buludunun planetin maqnit sahəsinə daxil olmasıdır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu öz teleqram kanalında məlumat yayıb.

Yaxın vaxtlarda yer kürəsinin maqnit sahəsindəki həyəcanların intensivliyinin artacağı ehtimal olunur.

“Təəssüf ki, əsas qütb parıltısı zonası Skandinaviya ölkələrində və Kanadada formalaşacaq”, – deyə astrofiziklər qeyd ediblər.

Check Also

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sabahdan…

Azərbaycanda dekabrın 3-də havanın yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və …