Cümə , 5 Dekabr 2025
Drone Cameras

Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq

Rusiya qazının Ermənistana tədarükü 10 gün müddətinə dayandırılacaq.

Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkətinin mətbuat xidmətindən bildirilib.

“16 sentyabr saat 09:00-dan 26 sentyabr saat 09:00-dək Rusiya Federasiyasının Stavropol diyarı ərazisində “Şimali Qafqaz- Zaqafqaziya” magistral qaz kəmərində planlı təmir işlərinin aparılması ilə əlaqədar bu kəmərlə Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq”, – məlumatda qeyd olunub.

Bildirilib ki, Ermənistanda istehlakçılar daxili ehtiyatlar və İrandan əlavə həcmlər hesabına qazla təmin olunacaq.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …