Bazar , 7 Dekabr 2025
Drone Cameras

Fransada ABŞ şirkətinin ofisində axtarış: Makronun seçki kampaniyasını maliyyələşdirib?

Fransa polisi prezident Emmanuel Makronun 2017-ci il seçki kampaniyasının mümkün qanunsuz maliyyələşdirilməsi ilə bağlı araşdırmanın bir hissəsi olaraq ABŞ konsaltinq şirkəti “McKinse”in binasında axtarış aparıb.

Boyukmillet.com xəbər verir ki, məlumatı “Le Figaro” yayıb.

Məlumatı nəşrə hakim Serj Turneur təsdiqləyib:

“6 noyabrda məhkəmə istintaqının bir hissəsi olaraq “McKinsey”in ofisində istintaq axtarışı aparıldı”.

2022-ci ilin noyabr ayında “Le Parisien” istintaqın başladığını bildirmişdi. Bu, Senatın (parlamentin yuxarı palatası) hesabatından sonra baş vermişdi. Hesabatda McKinsey-in Fransa ofisinin son 10 ildə vergi ödəmədiyi və hökumətin onun məsləhət xidmətlərinə xərclərinin 2018-ci ildən 2021-ci ilə qədər orta hesabla ikiqat artaraq ildə 1 milyard avroya çatdığı bildirilirdi.

Makron özü bütün faktların müəyyən edilməsinə və bu məsələdə “tam şəffaflığa” nail olunmasına çağırıb.

Check Also

Rusiya zərbəsi Çernobıl AES-in qoruyucusunu zədələyib – MAQATE-dən xəbərdarlıq

Rusiyanın dron zərbəsi nəticəsində zədələnən Çernobıl Atom Elektrik Stansiyasındakı yeni sarkofaq artıq əsas funksiyalarını yerinə …