Cümə , 5 Dekabr 2025
Drone Cameras

İrandan Azərbaycana uçuş aparatı ilə 33 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana uçuş aparatı vasitəsilə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə  Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan uçuş aparatı vasitəsilə narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 33 kiloqram 345 qram narkotik vasitə (29 kq 575 qram marixuana; 3 kq 125 qram metamfetamin; 565 qram tiryək; 80 qram metadon suyu) və 6758 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …