Bazar , 7 Dekabr 2025
Drone Cameras

Tiflislə Bakının arasını vurmaq cəhdi

Ermənistan prezidenti Zəngəzur dəhlizi ilə bağlı Gürcüstanla hansı müzakirələri aparıb?

Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi dayandırılıb. Məlumdur ki, bu barədə açıqlama verən Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski səbəbini də bəyan edib. 

Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib ki, Tramp Marşrutu (TRIPP) layihəsi Gürcüstan üçün təhlükə yaratmayacaq, əksinə, Rusiya da daxil olmaqla, region ölkələrinə yeni imkanlar açacaq: “Onlar üçün heç bir təhlükə olmayacaq və heç bir itkiyə məruz qalmayacaqlar. Əksinə, Gürcüstanın əhəmiyyəti artacaq. TRIPP reallığa çevrilərsə və sərhədlər həqiqətən açılarsa, Ermənistan, Türkiyə, İran, Azərbaycan, Gürcüstan və bəlkə də Rusiya üçün yeni imkanlar yaranacaq. Daha sonra biz özümüzü bu layihəni daha tez gerçəkləşdirmədiyimiz üçün qınayacaq və tənqid edəcəyik”.

Xaçaturyan həmçinin onu da bildirib ki, Tiflisə səfəri zamanı Gürcüstan rəsmiləri bu məsələ ilə bağlı heç bir narahatlıq bildirməyiblər və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazır olduqlarını açıqlayıblar.

Mövzunu şərh edən bəzi ekspertlərə görə, burada diqqətçəkən məqam odur ki, Xaçaturyan Zəngəzur dəhlizi ilə bağlı Gürcüstanla da müzakirələr aparıb. Onun “Gürcüstan rəsmiləri bu məsələ ilə bağlı heç bir narahatlıq bildirməyiblər” deməsi əslində normal mövqe kimi görünür. Amma bu həm də o rəyi yaradır ki, deməli, Gürcüstanda müzakirələr zamanı hansısa rəsmidən narazılıq eşidib, müəyyən narahatlıq müşahidə edib. Çünki Gürcüstanın Zəngəzur layihəsi gerçəkləşməsindən tranzit ölkə kimi mövqeyində zəifləmə olacaq, bu yenilik deyil. Amma erməni prezidentin bunu vurğulaması iki ölkə arasında inamsızlıq yaratmaq məqsədi güdə bilər. 

“Zəngəzur dəhlizi layihəsi bütün bölgə üçün faydalı olacaq”. Bunu noyabrın 23-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərin Zəngəzur dəhlizinin açılmasından sonra Gürcüstanın Orta dəhlizdə funksiyalarını itirib-itirməyəcəyi ilə bağlı sualına cavabında deyib.

Şalva Papuaşvili bildirib ki, Gürcüstan Zəngəzur dəhlizi təşəbbüsünü alqışlayır: “Azərbaycanla Ermənistan arasında sülh sazişi bütövlükdə bölgə üçün yeni perspektivlər açır və bu, yalnız nəqliyyat dəhlizinin funksiyası ilə bağlı deyil. Bu, rəqabətin inkişafı, dəhlizi daha da cəlbedici etmək üçün daşıyıcılara daha yaxşı şərtlərin təklif olunması üçün vacibdir və rəqabət bunu yalnız gücləndirir. Digər tərəfdən, bu, regionun sabitliyinin göstəricisidir. Sabitlik həm dəhliz ətrafında infrastruktur təminatına, həm də bölgədə müxtəlif sahələrə investisiyaları artıracaq”. 

“Ermənistan, Azərbaycan və Türkiyə arasında yeni marşrutların açılmasından sonra Gürcüstan tranzit yüklərinin 20%-ə qədərini itirmək riski ilə üzləşir”. Bunu isə bir müddət əvvəl Nəqliyyat Dəhlizləri Tədqiqatları Mərkəzinin direktoru Paata Tsaqareişvili deyib. “Gürcüstandan keçən yük axınını azaldacaq – itkilər təxminən 1,5-2 milyon ton təşkil edə bilər. İtkilər Orta dəhlizin tranzit axınının 15-20%-nə bərabərdir. Gürcüstan ərazisindən hər il təxminən 18-20 milyon ton yük daşınır. Bu miqyaslı itkilər olduqca ciddidir. Gürcüstan bu gün rəqabət qabiliyyətini qorumaq üçün addımlar atmalıdır: tarif siyasətini yenidən nəzərdən keçirməli, infrastrukturu inkişaf etdirməli və yük daşıyıcıları üçün stimullar təmin etməlidir”, – gürcü ekspert bildirib. 

Faktiki Gürcüstanın narahatlıq üçün əsası var. Lakin bundan faydalana da bilər. Sadəcə, İrəvanın Tiflislə bu mövzunu müzakirə etməsi Bakının da diqqətində olan məsələdir. 

Şimal Avropada silahlanma yarışı sürətlənə bilər”

 Züriyə Qarayeva

Siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva qeyd edib ki, Gürcüstan Qara dəniz ölkəsidir və Cənub-Şimal nəqliyyat dəhlizinin Avropaya çıxışı üçün əsas marşrutlardan biridir. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Gürcüstandan keçən xətlərin ikinci plana düşməsi anlamına gəlmir: “Fikrimcə, hər iki marşrut fəaliyyət göstərəcək. Sadəcə olaraq, Gürcüstan siyasi elitası Qərb və Rusiya arasında seçim etməkdə çətinlik çəkir. Buna görə də məsələ iqtisadi yox, daha çox siyasi xarakter daşıyır. Əgər Gürcüstan Rusiya ilə münasibətlərdə aydın mövqe ortaya qoysa, Qərblə əməkdaşlıq çərçivəsində əvvəlki layihə və planların icrası yenidən bərpa oluna bilər”.

Onun fikrincə, Ermənistan prezidentinin açıqlamaları qənaətbəxş sayıla bilər, amma görünür ki, Gürcüstan dəhlizdən pay gözləyir: “Azərbaycanda, Türkiyədə və region ölkələrində iqtisadi fəallıq nə qədər çox artırsa, bundan Gürcüstan da faydalanır. Zəngəzur dəhlizinin açılması bütün Qafqazın əhəmiyyətli logistik mərkəzə çevrilməsi deməkdir, digər ölkələr kimi Gürcüstan da bunda maraqlı olmalıdır. Saakaşvili də bu mövzuda çağırışlar edir. Keçmiş prezident deyir ki, Amerikanın Zəngəzur dəhlizini  icarəyə götürdüyü ABŞ-Azərbaycan-Ermənistan beynəlxalq müqaviləsinin imzalanması Gürcüstan, İran və Rusiyadan yan keçməklə Avropadan Çinə yeni tranzit dəhlizi açır. Ona görə hesab edir ki, məhz ölkəsi İran və Rusiya ilə birlikdə təcridlə üz-üzədir. Bu səbəbdən, Qərblə münasibətlərə yenidən baxmaq təklif olunur. Amma Gürcüstanın, eləcə də bizim şimal və cənub qonşularımızın bu logistikadan yararlanmaq fürsəti var. Ancaq bunu gürcü tərəfi ermənilərlə deyil, bizimlə müzakirə etməlidir. Çünki Azərbaycan və Türkiyə Gürcüstanın həyatında mühüm rol oynayır”.

Mühacirlərə "tərs şillə" - Ehtiram Mehdiyev - İnformasiya.az

Ehtiram Mehdiyev

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev Ermənistanın Azərbaycanla Gürcüstan arasında etimad mühitini poza biləcəyini düşünmür: “Zəngəzur dəhlizi heç də Gürcüstanın tranzit ölkə kimi əhəmiyyətini sıfırlamır. Bəzi bölgələrdə Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə yüklərin daşınması daha sərfəlidir. Hətta avtomobil yolları ilə yük daşınması da əlverişlidir. Azərbaycan üçün də sərfəlidir ki, Gürcüstan üzərindən keçən yollar işlək vəziyyətdə olsun və əlavə dividentlər qazandırmaq mümkün olsun. Gürcü spikerin açıqlaması da göstərir ki, ölkəsi bu imkanlardan yararlanmaq niyyətindədir. Hətta Bakı və Tiflis bu məsələni müzakirə etməyə hazırdır. Təbii ki, dəhliz açılanda yüklərin daşınmasında azalma ola bilər. Amma Gürcüstan yolu qapanmır. Əksinə, Zəngəzur dəhlizindən istifadə etməklə logistika qovşağı genişlənə bilər. Orta dəhlizin bir parçası sayılan Zəngəzurun açılması qaçılmaz prosesdir. Yəni burada Ermənistan və Gürcüstandan asılı olmayan məsələlər var”.

Check Also

Paşinyandan 30 illik Qarabağ danışıqları haqda yeni etiraf

Erməni baş nazir Azərbaycan Prezidentinin dəfələrlə söylədiyini niyə indi söyləyir? “Qarabağa aid danışıqlar prosesi heç …