Çərşənbə , 18 Mart 2026
Drone Cameras

ABŞ-ın Ukrayna üzrə “sülh planı” ixtisar olundu – Trampın yeni açıqlaması

ABŞ prezidenti Donald Tramp bildirib ki, əvvəlcə 28 maddədən ibarət olan Ukrayna üzrə sülh planı yenidən nəzərdən keçirildikdən sonra 22 bəndə endirilib.

Boyukmillet.com xəbər verir ki, Trampın sözlərinə görə:

“28-punktlu plan sadəcə konsepsiya idi. Hər bir bəndi yenidən dəyərləndirdik və nəticədə onların sayı 22-yə düşdü. Bir çox məsələlər artıq həll olunub və çox əlverişli şəkildə həll olunub”.

Digər məlumata görə, Vaşinqton və tərəflər arasındakı danışıqlar davam edir, yenilənmiş sənəd yekun razılaşma üçün əsas baza kimi nəzərdən keçirilir.

Check Also

Ermənistanın sabiq prezident Robert Koçaryan baş nazirliyə namizədliyini açıqlayıb

Müxalif Ermənistan Alyansı parlament seçkilərində iştirak edəcəyini və sabiq prezident Robert Koçaryanın baş nazirliyə namizəd …