Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

İran dronlarından biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb

İran ərazisindən uçan dronlardan biri Naxçıvan Muxtar Respublikasının Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Bu barədə “Report”un yerli bürosu xəbər verir.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, daha 1 ədəd dron isə Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına düşüb. Nəticədə iki nəfər mülki şəxs xəsarət alıb.

Check Also

YAP: İranın Naxçıvana dron hücumu xain təxribat cəhdidir

İranın Naxçıvana dron hücumunu iki ölkənin münasibətlərinin ruhuna və beynəlxalq hüquq normalarına zidd olan xain …