Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Fransada sərnişinin ölümündən sonra 2 minə yaxın insan karantinə alınıb

Fransada qastroenterit yayılması fonunda 90 yaşlı sərnişinin ölümündən sonra Bordoda yanalma körpüsündə dayanan “Ambassador Cruise Line” kruiz laynerində 1 700-dən çox insan karantindədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə BMFTV telekanalı məlumat yayıb.

Onların arasında 514 nəfər heyət üzvüdür.

Ümumilikdə 50-yə yaxın insanda norovirus simptomları müşahidə edilib, bu da yerli səhiyyə orqanlarını karantin elan etməyə məcbur edib.

Şetland adalarından yola düşən və Belfast, Liverpul və Brestdən keçərək Bordoya gələn, daha sonra isə İspaniyaya yollanmalı olan gəminin göyərtəsində əsasən britaniyalı və irlandiyalı sərnişinlər olub.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …