Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Türkiyədə cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib, 11 nəfər saxlanılıb

Türkiyənin Bursa, Kocaeli, Mersin və Osmaniye vilayətlərində polisin keçirdiyi əməliyyat zamanı cinayətkar qruplaşmanın 11 üzvü saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, Bursa Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları araşdırma zamanı şübhəlilərin bir evə iki dəfə silahlı hücum təşkil etdikləri müəyyən olunub. Həmçinin onların xaricdə həbsdə olan qruplaşma liderinin göstərişi ilə hərəkət etdiyi vurğulanıb.

Məhkəmənin qərarı ilə saxlanılanlardan 7-si həbs edilib, 4 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …