Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Çin ABŞ-yə qarşı əks-sanksiyalar tətbiq edib və dronların tədarük zəncirinə dair ixrac məhdudiyyətlərini sərtləşdirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti Çinin Kommersiya Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Bəyanata əsasən, “dronların, onların əsas komponentlərinin və onlarla əlaqəli texnologiyaların” ABŞ-yə ixracı bundan sonra “hər bir ayrı halda ciddi yoxlamadan” keçəcək. Tədbirlər dərhal qüvvəyə minir.

Nazirlikdən bildiriblər ki, bunlar “milli təhlükəsizliyin qorunması və Çinin yayılmama sahəsindəki beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi” üçün zəruridir.

Elə həmin gün Kommersiya Nazirliyi altı Amerika təşkilatını əks-tədbirlər siyahısına daxil edərək Çin təşkilatlarına və fiziki şəxslərinə onlarla əməkdaşlıq etməyi qadağan edib. Qurum bu strukturları ABŞ-nin Çinə qarşı sanksiyalarına dəstək verməkdə günahlandırıb və onların hərəkətlərini “hiddətdoğurucu” adlandırıb.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …