Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

Şirvan Kərimovun səlahiyyətlərinə xitam verildi

Rusiyanın Samara Vilayəti İctimai Palatasının altıncı çağırış üzvü, “Samara Vilayətinin Azərbaycanlılar Liqası”nın rəhbəri kimi tanınan Şirvan Kərimovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Bu barədə vilayətin qubernatoru Vyaçeslav Fedorişşenko sərəncam imzalayıb.

Sənəddə həmçinin Regional Yaradıcılıq İctimai Təşkilatı “Duslık”ın (“Dostluq”) prezidenti Faxrutdin Kanyukayevin İctimai Palatanın yeni üzvü təyin edildiyi bildirilib.

Şirvan Kərimov Samara vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin İctimai Şurasında həmyerlilərimizin maraqlarını müdafiə edib.

Qeyd edək ki, iyulun əvvəlində diaspor sədri olan Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib və onun bu ölkəyə girişinə qadağa qoyulub.

Xatırladaq ki, son zamanlar Rusiyada Azərbaycan diaspor nümayəndələrinə qarşı təqiblər artıb və onlara qarşı ayrıseçkilik nümayiş olunur./Bakıvaxtı.az/

Check Also

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. Boyukmillet.com xəbər verir ki, bu …