ABŞ Müdafiə Nazirliyi Boeing şirkətilə ABŞ Hərbi Dəniz Qüvvələri üçün F/A-XX altıncı nəsil qırıcı təyyarəsinin istehsalına dair müqavilə imzalayıb.
Boyukmillet.com nazirliyin açıqlamasına istinadən xəbər verir ki, müqavilənin dəyəri 20 milyard dollardan yuxarıdır Sənəd sınaq üçün “bir sıra prototip təyyarələrin istehsalını” nəzərdə tutur.
ABŞ rəsmiləri F/A-XX daşıyıcı əsaslı qırıcı təyyarənin yaxın illərdə F/A-18E Super Hornet və F/A-18F Super Hornet, eləcə də EA-18G Growler təyyarələrini əvəz edəcəyini gözləyir. Mütəxəssislər proqramın potensial dəyərini yüz milyardlarla dollara çata biləcəyini təxmin edirlər.
ABŞ müdafiə nazirinin müavini Maykl Daffi hesab edir ki, F/A-XX ABŞ ordusuna “həlledici döyüş üstünlüyü” verəcək. Northrop Grumman şirkəti də müqavilə uğrunda mübarizə aparıb.
Pentaqon 2025-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinə F-47 altıncı nəsil qırıcı təyyarəsinin istehsalı üçün də Boeing şirkətini seçib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
