Milli Məclisin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.
Boyukmillet.com xəbər verir ki, iş planı parlamentin payız sessiyasının bugünkü – ilk iclasının gündəliyinə daxil edilib.
Payız sessiyasının iş planına dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin və yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin müzakirəsi daxil edilib.
Sessiya çərçivəsində həmçinin “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında”, “Pulsuz hüquqi yardım haqqında”, “Aqrar sahə haqqında” yeni hazırlanan qanun layihələrinin də müzakirəsi nəzərdə tutulub.
İş planının layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
