Cümə , 2 Oktyabr 2026
Drone Cameras

AZAL Bakıdan Rusiyaya mühüm marşrutu bərpa etdi – 1 il 8 aylıq fasilə başa çatdı

Bakı ilə Rusiyanın Həştərxan şəhəri arasında hava əlaqəsi uzun fasilədən sonra yenidən bərpa olunub.

Boyukmillet.com xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) Bakı–Həştərxan–Bakı marşrutu üzrə müntəzəm uçuşlara sentyabrın 30-dan yenidən başlayıb. Bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ilk bərpa olunan reyslə Bakıdan Həştərxana 83 sərnişin çatdırılıb. Əks istiqamətdə – Həştərxandan Bakıya isə 103 sərnişin uçub.

Uçuşlar həftədə üç dəfə – çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Marşrutda “Embraer E-190” təyyarələrindən istifadə olunur və uçuş müddəti təxminən 1 saat 25 dəqiqədir.

Bakı–Həştərxan reyslərinin bərpası təxminən 1 il 8 aylıq fasilədən sonra baş tutub. AZAL 2025-ci ilin fevralında Həştərxan üzərində hava məkanının mütəmadi bağlanması fonunda uçuşların təhlükəsizliyini əsas gətirərək bu istiqamətdə reysləri qeyri-müəyyən müddətə dayandırmışdı.

Check Also

Azərbaycanda torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi “Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək …