ABŞ Sahil Mühafizəsi Nantaket adası (Massaçusets ştatı) sahillərində itkin düşmüş təyyarənin altı sərnişininin iki gün davam edən axtarışlarını dayandırıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Sahil Mühafizəsi Nantaket adası sahillərində itkin düşmüş tibbi nəqliyyat təyyarəsinin altı sərnişininin axtarışlarını dayandırıb. Təyyarənin göyərtəsində altı sərnişin, o cümlədən dörd Kanada və iki Bermud adaları vətəndaşı olub. Həlak olanların qohumlarına məlumat verilib”, – ABŞ Sahil Mühafizəsinin bəyanatında bildirilir.
Qeyd olunub ki, xilasetmə xidmətləri təxminən 66 saat ərzində 7,1 min km-lik ərazidə itkin düşənlərin axtarışlarını aparıb.
Xatırladaq ki, Bermud adalarından Bostona reys həyata keçirən “Gulfstream G100” təyyarəsi ilə əlaqə oktyabrın 3-də səhər erkən saatlarda kəsilmişdi. Daha sonra hava gəmisinin qalıqları aşkar edilib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
