İraqın Maysan əyalətinin İran sərhədindəki “Əş-Şib” keçid məntəqəsi bağlanıb.
Boyukmillet.com xəbər verir ki, İranda koronavirusa yoluxma halları baş verəndən sonra İraq Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında Maysan əyalətinin qubernatoru adıçəkilən keçid məntəqəsini bağlamaq qərarını verib.
Sərhəddən ölkə ərazisinə yalnız diplomatlar və İraq vətəndaşları daxil ola bilər.
Bununla yanaşı, xəstəliyə qarşı müvafiq qabaqlayıcı tədbirlər üçün yerli səhiyyə departamentinə vəsait ayrılıb.