Cümə axşamı , 29 Oktyabr 2026
Drone Cameras

Fransada etirazların vurduğu zərər 1 milyard avronu keçdi

Fransada aksiya iştirakçılarının 17-18 oktyabr tarixində keçirdiyi etiraz aksiyaları zamanı baş verən iğtişaşlar və qarətlər böyük maddi ziyana səbəb olub.

Fransanın Dövlət İdarəçiliyi və Siyasəti üzrə Tədqiqatlar Fondunun (IFRAP) hesablamalarına görə, ümumi zərər təxminən 1,1 milyard avro təşkil edə bilər.

Bunun 910 milyon avrosu birbaşa maddi zərər, 190 milyon avrosu isə biznes fəaliyyətinin dayanması nəticəsində yaranan itkilərdir.

Hadisələr zamanı ölkə üzrə 2500-dən çox obyektə ziyan dəyib.

Check Also

ABŞ Şərqi Sakit okeanda gəmini məhv edib

ABŞ hərbçiləri Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığında istifadə edildiyi iddia olunan gəmini məhv edib. Əməliyyat …