Bazar ertəsi , 16 Noyabr 2026
Drone Cameras

Ukrayna ordusundan Krım körpüsünə ZƏRBƏ

Krım körpüsünün avtomobil yolu hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukraynanın Krım körpüsünün infrastrukturuna dron hücumu nəticəsində avtomobil yolu hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hazırda bərpa işləri davam edir və nəqliyyatın bərpası ehtimalı qiymətləndirilir. Dəmir yolu xidməti normal rejimdə işləyir.

İlkin məlumatlara görə, dron hücumu nəticəsində ölən və yaralanan olmayıb.

Check Also

Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq

Estoniya Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bu barədə …