Bazar ertəsi , 16 Noyabr 2026
Drone Cameras

İran ABŞ-ın dördüncü kəşfiyyat dronunu ələ keçirdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-a məxsus sayca dördüncü “Mqm-170” tipli pilotsuz uçuş aparatını ələ keçirdiyini bəyan edib.

Boyukmillet.con xəbər verir ki, İran tərəfinin yaydığı məlumata görə, hadisə Fars körfəzindəki strateji Qeşm adasının cənubunda baş verib. Hərbçilər radioelektron mübarizə (REM) vasitələrinin köməyi ilə Amerika dronunun idarəetməsini tamamilə ələ keçirərək onu heç bir zədə almadan, saz vəziyyətdə yerə endirməyə nail olublar.

SEPAH komandanlığı iddia edir ki, ələ keçirilən pilotsuz uçuş aparatı İranın sahilboyu hava hücumundan müdafiə (HHM) sistemləri və radioelektron mübarizə kompleksləri barədə gizli kəşfiyyat məlumatları toplayırmış.

Qeyd edək ki, strateji Hörmüz boğazının bilavasitə yaxınlığında yerləşən Qeşm adası ətrafında son həftələr Vaşinqtonla Tehran arasında hava və dəniz məkanında gərginlik pik həddə çatıb. Pentaqon isə hələlik İranın bu iddiası ilə bağlı rəsmi açıqlama verməyib.

Check Also

Rumıniya Azərbaycan, Türkiyə və Ermənistanla Qara dəniz regionunda təhlükəsizlik danışıqlarını planlaşdırır

Rumıniya Azərbaycan, Ermənistan və Türkiyə ilə Qara dəniz regionunda təhlükəsizliyin təmin olunması və nəqliyyat bağlantılarının …