Bazar ertəsi , 16 Noyabr 2026
Drone Cameras

Moskvada sui-qəsd cəhdində şübhəli bilinən qadın saxlanılıb

Moskvada Ukraynanın keçmiş Baş naziri Nikolay Azarovun sabiq köməkçisi Serqey Zavоrоtnının avtomobilinin partladılması işi üzrə 21 yaşlı qadın saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, 2005-ci il təvəllüdlü Moskva sakini telefon dələduzlarının təsiri altına düşüb. İstintaqın versiyasına əsasən, əvvəlcə özlərini bank əməkdaşları kimi təqdim edən şəxslər onu böyük məbləğdə pulunu “təhlükəsiz hesablara” köçürməyə inandırıblar. Daha sonra isə həmin şəxslərin göstərişi ilə qadın Serqey Zavоrоtnının avtomobilinin alt hissəsinə partlayıcı qurğu yerləşdirib. Qurğu məsafədən işə salınıb.

Məlumata əsasən, şübhəli Rusiya İstintaq Komitəsi, Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə əməliyyatı nəticəsində saxlanılıb. Hazırda onunla bağlı istintaq hərəkətləri davam etdirilir, hadisənin digər mümkün iştirakçıları müəyyənləşdirilir.

Check Also

İranın raket və dronlarının 99,99 faizi zərərsizləşdirilib – Tramp

İranın ABŞ və müttəfiqlərinə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlarının böyük əksəriyyətinin qarşısı …