Novruzda Azərbaycan və Türkiyə ciddi problemlə qarşılaşa bilər
2018-ci il martın 21-dən erməni dili İraqın şimalında elan edilmiş kürd dövlətində dövlət dili statusuna gətiriləcək.
Beləliklə, Amerika işğalına qədər əsasən Azərbaycan türklərinin yaşadığı Ərbil və Kərkük şəhərləri 1918-ci ildə İrəvanın yaşadığı taleyi təkrarlayacaqlar və erməni dilinin rəsmi dövlət dili elan edildiyi bir dövlətin nəzarəti altına keçəcəklər. İndi bu şəhərlərdə aparıcı element kürdlər olsa da 25 il qabaq Ərbildə də, Kərkükdə vəziyyət fərqli idi. Bu şəhərlərin hər birində təxminən 300 min əhali yaşayırdı və çoxluq türkmənlərə, yəni Azərbaycan türklərinə məxsus idi.
Hər iki şəhər tarixən də Azərbaycana məxsus olublar – Ağqoyunlu, Qaraqoyunlu və Səfəvi dövlətlərinə aid olmuşdular. Ərbil hətta azərbaycanlıların ataları səlcuq türklərinin səlib yürüşlərinə qarşı başladığı cihadın mərkəzi olmuşdu. Bölgə daha sonra Osmanlıların nəzarətinə keçsə də bu şəhərlər öz etnoqrafik xüsusiyyətlərini saxlamışdılar və Azərbaycanla bağlılıq itməmişdi.
Hər şey 1992-ci ildə baş vermiş Amerika işğalından sonra dəyişdi. Bölgəyə 5 hərbi bazasını yerləşdirən ABŞ-ın yardımı ilə İraq Kürstanının mərkəzi Süleymaniyyədən Ərbilə daşında və şəhərin etnik tərkibi dəyişdirməyə başladı. Dünyanın müxtəlif yerlərindən şəhərə 700 minə yaxın kürd gətirildi və Ərbil 1 milyonluq şəhərə çevrildi, Ərbil vilayətində fəaliyyət göstərən 130 türk məktəbi zorla kürdəşdirildi. Eyni addamlar Kərkükdə də atıldı.
Lakin Məsud Bərzani və havadarlarının İraqın şimalında elan etdiyi dövlətin kürd dövləti kimi qalacağına da elə bir inam yoxdur. Məsud Bərzani yeni dövlətin həm də erməni dövləti olduğunu bildirib. Hazırda Ərbil və ətrafında cəmi 4 min erməni yaşayır. 5 milyondan çox adamın yaşadığı və sayı 1 milyona çatan bir neçə etnik qrupun yaşadığı bir bölgədə 4 minlik etnik qrupun dilinin dövlət dili elan edilməsi sual doğurur. Bu, böyük güclərin bölgə ilə bağlı daha təhlükəli oyunlar planlaşdırılmasından xəbər verir.
Erməni dilinin yeni statusu regionda dövlət hesabına erməni məktəblərin açılması, rəsmi dairələrdə erməni dilli məmurların oturmasını, universtetlərdə erməni bölmələrinin açılmasını vacib edəcək. Nəticədə, İraqın şimalında ermənilərin mühacirəti üçün yeni mərkəz yaralıdacaq. Ermənilər dünyada 10 milyondan çox erməninin yaşadığını bunun 5 milyonunun kripto-ermənilər, yəni gizli ermənilər olduğunu bildirirlər. Əsasən kürdcə, türkcə və ərəbcə də danışan həmin ermənilər formal olaraq müsəlmandırlar və kürd adı altında rahatlıqla Ərbilə yerləşə bilərlər. Ərbildə isə Amerika himayəsinin altında həqiqi kimliklərini ortaya çıxara bilərlər.
Beləliklə, Türkiyə və Azərbaycan İraqın şimalında öz ərazi bütövlükləri üçün yeni təhdidlə qarşı-qarşıya qalacaqlar. Ərbil recimi müxtəlif variantlarda çəkdiyi xəritələrdə az qala Türkiyənin 60 faizinə, Şimali Azərbaycanın Naxçıvan və Zəngəzur ərazilərinə, həmçinin Cənubi Azərbaycanın Urmiya vilayətinə, Təbriz vilayətinin isə yarıdan çoxuna iddia edir. Həmin ərazilərin erməni dərslik kitablarında yer alan uydurma “Böyük Ermənistan” xəritələrinə salındığı nəzərə alınarsa, Bərzani rejiminin ermənilərin tarixi avanturasına xidmət etdiyini anlamaq olar.
Azərbaycan və Türkiyənin başlıca vəzifəsi bu avantüranı elə beşiyində məhv etməyə nail olmaqdır. Əks halda hər iki dövlət böyük problemlərlə üzləşə bilər. Təcrübə göstərir ki, bəşəriyyətin başına gələn bütün bəlalar məhz avanturistlərin qeyri-normal təfəkküründən qaüynaqlanıb.