Sentyabrın 25-də birtərəfli qəbul etdiyi qərarla müstəqillik referendumu keçirən Şimali İraq kürd muxtariyyətinə növbəti zərbə vurulub.
Boyukmillet.com Türkiyə KİV-inə istinadən xəbər veririk ki, İraq parlamenti Şimali İraq kürd muxtariyyətini təmsil edən millət vəkillərinin mandatını ləğv edib.
Bundan başqa, Bağdad muxtariyyəti təmsil edən millət vəkillərinin geri dönməsini istəyib.
Kürd milllət vəkillərinin mandatının ləğvi parlament sədri Səlim Cuburi və Şiə Milli Koalisiyası tərəfindən tələb edilib.
Daha əvvəl İraq hökuməti muxtariyyətin nəzarəti altında olan Ərbil və Süleymaniyyə hava limanlarına beynəlxalq uçuşların həyata keçirilməsini qadağan edib.
Check Also
Azərbaycan neftinin qiyməti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ
Dünya bazarında Azərbaycan neftinin qiymətində növbəti artım qeydə alınıb. “Azeri Light” markalı neftin bir bareli …
Boyukmillet.com Biz yanmasaq vətən yanar